çillə çıxarmaq*

forty days after child’s birth сорок дней после рождения ребёнка
çiçəyi çırtlamaq
Çin heroqlifləri
OBASTAN VİKİ
Böyük Çillə
Böyük Çillə (az-əbcəd. بویوک چیلله‎) – Azərbaycan xalq təqviminə görə qışın birinci ayı. Bu dövrdə Çillə gecəsi və Səməni bayramı keçirilir. == Müddəti == Böyük Çillə qışın əvvəlindən, dekabrın 22-dən fevralın əvvəlinə qədər olan aydır. 40 gün davam edir. == Təsviri == Böyük Çillənin qarlı-tufanlı, dondurucu, sümük üşüdən günlərinə "qaraqış" deyirlər. Qaraqış dövründə fəsil ağır, üzücü keçir, qarlı külək uğuldayır. Böyük Çillənin ilk günündə, Çillə gecəsində tonqallar yandırılır, şənliklər və tamaşalar keçirilir. Çillə gecəsi süfrəsinin ən vacib yeməyi yaydan bu gün üçün saxlanılmış Çillə qarpızıdır. Çillə qarpızının qabıqları atılanda niyyət tutulur, tumları isə bərəkətli il olması üçün saxlanılır.
Kiçik Çillə
Kiçik Çillə (az-əbcəd. کیچیک چیلله‎) – Azərbaycan xalq təqviminə görə qışın ikinci ayı. Bu dövrdə Səddə və Xızır Nəbi bayramları keçirilir. Kiçik Çillə Böyük Çillədən sonrakı, Boz aydan əvvəlki qış ayıdır. 20 gün davam edir, fevralın 1-dən 20-nə qədərdir. Kiçik Çillə qışın ən sərt keçdiyi dövrdür. Buna görə də bu dövr "qışın oğlan çağı", "qışın zəlo-zəlo vaxtı", "girəvəli qış" da adlandırılır. Kiçik Çillənin "yalquzaq zamanı" adlanan ilk 10 günü daha şiddətli keçir. Kiçik Çillə xalq inanclarında əsəbi oğlan kimi təsvir edilir, bu dövr dəqiq olmamasına görə xaos dövrüdür. Kiçik Çillənin ilk günündən Xıdır Nəbi bayramına hazırlıqlar gedir.
Çillə gecəsi
Çillə gecəsi — Yer kürəsinin şimal yarımkürəsində, ilin 365 gününün ən uzun gecəsidir. Bu gecə, şəmsi ilinin, dey ayın başlanğıc gecəsi, azər ayının sonuncu gecəsi və 3 ay Novruz bayramına qalmış bir gecədir. 40 gün davam edən böyük çillənin (21 dekabr-29 yanvar) ilk günüdür. Sonra 20 günlük kiçik çillə (29 yanvar-18 fevral) gəlir. Milad tarixi ilə dekabrın 20-dən 21-nə keçən gecədir. Bu gecə əsasən, İran, Azərbaycan, Türkiyədə qeyd edilir. Çillə gecəsindən sonra, yer kürəsinin şimal bölgələrində görünən günəş, ən aşağı vəziyyətə çatandan sonra, üfüqdə üç gün hərəkətsiz qalır və dördüncü gün yuxarı qalxır. Bu hadisə 25 dekabr günü, yəni çillə gecəsindən dörd gün sonraya təsadüf edir. Həmin gün, yəni 25 dekabr günü günəş tanrılarının bir çoxunun doğum günüdür və həmdə qədim roma təqviminin başlanğıc günü kimi qeyd olunmuşdur. Qədim roma təqvimi miladdan öncə 753cü ildə Rem və Romul tərəfindən icad olunmuşdur, Yuli Sezar tərəfindən dəyişdirilmişdir, Bu təqvim hər 128 ildə bir gün geri qalırdı.